“Bir qrup 5 uşağı gətirib orada bu şəkildə öz düşmənçilik təbliğatına alət etməsi gerçəkdən bu rejimin mahiyyətcə nə qədər mundar olduğunu göstərir”.
Bunu Baku TV-nin “Baku Analitik” verilişində güneyli politoloq Sadiq İsabəyli deyib.
Politoloqun sözlərinə görə, onlar 12-15 yaşlı uşaqlardan İran-İraq savaşı dövründə də istifadə ediblər: “Uşaqları minanın üstünə göndərdilər. Yüz minlərlə belə yeniyetməni öldürdülər”.
S. İsabəyli qeyd edib ki, Güney Azərbaycanın gəncliyi artıq Azərbaycan dövləti, Azərbaycan Prezidentinin verdiyi mesajları ciddi şəkildə dəyərləndirir.
Daha ətraflı süjetdə: