• C. Noy 1st, 2024

Vardanyandan etiraf: Xankəndidə ermənilərin “blokada”da qalması tezisləri alt-üst oldu – FOTO/VİDEO

ByYenigun.news

Yan 8, 2023

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf edib.

Oxu.Az-ın məlumatına görə, erməni əsilli Rusiya vətəndaşı bu baradə “Byline Times”a müsahibəsində danışıb.

“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, – deyə o, bildirib.

Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə tezisləri təkzib edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə öz bəyanında ABŞ-nin ATƏT-dəki sədrinin “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldandığını bildirib. 

“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”, – deyə A.Hacızadə “Twitter” hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir