• C. Noy 1st, 2024

Mars Sariyev: “Mərkəzi Asiyanın bütün ölkələri Azərbaycanın mövqeyini tam dəstəkləyirlər”

ByYenigun.news

Yan 9, 2023

Tanınmış qırğız politoloq, regional təhlükəsizlik eksperti Mars Sariyev ötən ilin yekunlarını, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin 2023-cü ildə üzləşə biləcəkləri hadisələri Oxu.Az-a şərh edib.

O qeyd edib ki, türk birliyi ilə bağlı çox maraqlı inteqrasiya prosesləri baş verir:

“Burada Türkmənistan bir az aralı dayansa da, artıq hərəkət etməyə başlayıb. Türk dövlətlərinin birliyi, bütün bölgəmizin ayrılmaz olması anlayışı çox vacibdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya ölkələri bunun Rusiyada qıcıq yaradacağını nəzərdə tutaraq hələ də Türkiyə ilə çox sıx əməkdaşlıqdan bir az qorxurlar. Ona görə də Mərkəzi Asiya ölkələrinin inteqrasiya dərəcəsi, ümumtürk birliyi anlayışı bizdə fərqli şərh olunacaq. Bundan əlavə, burada qeyri-türk mənşəli dövlət də var – Tacikistan.

Amma xüsusilə qeyd etmək istəyirəm ki, bütün Orta Asiya ölkələri, o cümlədən Tacikistan Ermənistan-Azərbaycan nizamlanması məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyir. Çinə gəlincə, o, heç bir xüsusi səy göstərmədən, amansızca irəliləyir: hər şey təbii şəkildə baş verir, hətta Orta Asiyadan keçən dəmir yolunun tikintisi ilə. Çin bölgəmizdə dominant olacaq. Rusiya bunu görür, amma heç nəyə qarşı çıxa bilmir – buna nə qüvvəsi, nə də imkanları yetir. Eyni zamanda, Pekin Moskvanın müttəfiqi hesab olunur”.

Onun sözlərinə görə, Ukraynadakı müharibənin nəticəsi bəlli olana qədər Rusiyanın Mərkəzi Asiyada rolu qeyri-müəyyən olacaq:

“Əvvəllər Rusiya Federasiyası Mərkəzi Asiyaya “qalıq prinsipi” ilə yanaşırdı. Moskva nə vaxtsa Avropaya, Qərb dünyasına inteqrasiya etməyə çalışırdı. Mərkəzi Asiya və Cənubi Qafqaz da ikinci dərəcəli rus diplomatlarına verilirdi. İndi vəziyyət fərqlidir, Rusiya Federasiyası baş verənləri ayıq şəkildə qiymətləndirməyə başlayır. Amma baş verənlərə diqqətlə baxan Mərkəzi Asiya ölkələrinin milli elitasının mövqeyini nəzərə almalıyıq. Rusiyanın zəifləməsi, onun münaqişədə (Ukrayna ilə – red.) mümkün məğlubiyyəti Mərkəzi Asiya ölkələrinin həm Çinə, həm də Türkiyəyə doğru dreyf etməsinə gətirib çıxaracaq. Rusiya Federasiyasında başa düşürlər ki, bizim regionda təsir məsələsi, ümumiyyətlə Rusiyanın dezinteqrasiya məsələsi risk altındadır. Bifurkasiya nöqtəsi (sistemin sabit iş rejiminin dəyişməsi – red.) çox şeyin aydınlaşacağı mart-aprel aylarına təsadüf edəcək. Bir daha təkrar edirəm ki, Ukrayna cəbhəsindəki hadisələrin inkişafından çox şey asılıdır”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir