İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının Türkiyədə keçirilən iclası çərçivəsində İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündən bəhs edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
“Bu görüş çərçivəsində Azərbaycan və Türkiyə parlamentlərinin spikerləri ilə ikitərəfli və üçtərəfli görüşlərimiz oldu. Üçtərəfli görüşdə üç ölkə arasında yük və enerji daşımaları və tranzitlə bağlı məsələlər müzakirə olundu”, – deyə o bildirib.
Azərbaycan parlamentinin sədri ilə görüşünə işarə edən Qalibaf deyib:
“Son vaxtlar Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranmışdı ki, bu problemlər həll olundu və qərara alındı ki, mən gələcəkdə Bakıya səfər edim. Habelə bu görüşlərin davam etdirilməsi də qərara alındı”.