• Şb. Noy 2nd, 2024

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin aylıq təmsilçilik xərci müəyyənləşib

ByYenigun.news

Yan 12, 2023

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin aylıq təmsilçilik xərci müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” sərəncamlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilib.

Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir