• Ça. Noy 5th, 2024

“Haber Global”ın müxbiri: “Ermənilərin Xankəndi-Laçın yolu ilə bağlı yaydıqları məlumatlar yalandır”

ByYenigun.news

Yan 14, 2023

“Şuşadan keçən Xankəndi-Laçın yolunda 34 gündür ki, etiraz aksiyası uğurla davam edir. Ermənistan tərəfi isə bu uğurlu etirazları baltalamaq istəyir”.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Türkiyənin “Haber Global” televiziya kanalının müxbiri Murat Karataş deyib.

O qeyd edib ki, ermənilərin yolun bağlı olması barədə yaydıqları məlumatlar yalandır.

“Ermənilər yolun blokadada saxlanıldığını iddia edirlər. Amma biz buradayıq və görürük ki, Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər keçid edirlər, heç bir maneə yoxdur. Lakin ermənilər Avropanı, Fransanı, BMT-ni işə cəlb etmək üçün belə bir təbliğata başladılar. Bu cür təbliğatları biz 44 günlük müharibə dönəmində də görmüşdük. Ermənilər hər yolla burada davam edən etirazlara kölgə salmağa çalışırlar. Əslində isə onlar öz eyiblərini örtməyə çalışırlar. İllərdir Azərbaycanın faydalı yataqlarını qanunsuz istismar edir, torpaqlarınızı kirlədir, ağacları kəsir, bütünlükdə isə ekologiyaya və təbiətə zərər vururlar. Məqsədləri isə bu cür yalan xəbərlər yaymaqla özlərinin illərlə etdiyi eyibləri örtməkdir”, – türkiyəli jurnalist vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir