Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Həmin avtomobillərin içərisində isə 26 erməni (onlardan 20-si uşaq idi) olub. Həmin şəxslər aksiyadan əvvəl Ermənistana idman yarışına gedibmiş. İndi isə Rusiya sülhməramlıları onları öz maşınları ilə aksiya ərazisindən maneəsiz keçərək Xankəndi istiqamətinə aparıblar.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 39 avtomobil maneəsiz hərəkət edib.