• Ç. Noy 6th, 2024

Lavrov özünü “yaponiyalı jurnalist” kimi təqdim edən ermənini ƏLƏ SALDI

ByYenigun.news

Yan 18, 2023

Rusiya xarici işlər naziri Sergey Lavrovun 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Yaponiya nəşrini təmsil edən jurnalistin Laçın yolu ilə bağlı sual verməsi rusiyalı naziri təəccübləndirib.

APA xəbər verir ki, Lavrovun illik brifinqinin sonuna yaxın Rusiya XİN rəsmisi Mariya Zaxarova son iki sual vermək imkanını ölkəsinə dost olmayan dövlətlərin mediasına təqdim etməyi təklif edib.

Yaponiyanın “Ci-Ci Press” nəşrinə sual vermək imkanı yaradılıb. Özünü təqdim edən “yaponiyalı jurnalist” Meri Gevorkyan əslən erməni olduğuna görə Laçın yolu ilə bağlı sual verəcəyini söyləyib.

Lavrov isə “yaponiyalı jurnalist”in Laçın yolu ilə bağlı sualına ironiya ilə “Yaponiya üçün ən başlıcası Laçın yoluna aid olan sualdır” deyə cavab verib.

Qeyd edək ki, Lavrovun brifinqində Azərbaycan və Ermənistan mediasının təmsilçilərinə sual vermək imkanı yaradılmayıb. Rusiya XİN başçısı bununla belə, Belarusun “Belta” agentliyinin müxbirinin KTMT ilə bağlı sualına cavabında Azərbaycan-Ermənistan sərhədindəki və “yaponiyalı jurnalist”in məlum sualına cavabında isə Laçın yolundakı vəziyyətlə bağlı danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir