• Ca. Noy 7th, 2024

İlham Əliyev: “Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq”

ByYenigun.news

Yan 18, 2023

“Azərbaycanda investisiya mühiti çox müsbətdir, xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, indi şaxələnmə barədə düşünmək və hərəkət etmək vaxtıdır: “Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi ipək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir