Azərbaycanın Xarici İşlər Nazirliyi İslandiya Nazirlər Komitəsinə cavab verib.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün “Twitter” hesabında yazıb:
“Paradoksal olan budur ki, İslandiya Nazirlər Komitəsinin sədri yüz minlərlə azərbaycanlının məcburi köçkün olmasını, Ermənistan tərəfindən törədilən qəddarlıqları və müharibə cinayətlərini rədd edir. Laçın yolunda qanunsuz istismar və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə keçirilən dinc aksiyalar qanunidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, İslandiya Nazirlər Komitəsi Qarabağın blokadada olduğunu bildirib.
Paradoxically, @IcelandCoE dismisses human rights of 100,000s of displaced Azerbaijanis, the war crimes and brutal violation of #IHL by #Armenia. Peaceful protests on the Lachin road, that demand prevention of the illegal exploitation & abuse of the Lachin road, is legitimate!? https://t.co/RfLG0TtxRh
— Aykhan Hajizada (@Aykhanh) January 20, 2023