BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
O, bu barədə öz “Twitter” hesabında yazıb.
“Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 33-cü ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini anmaq üçün Azərbaycan xalqı və hökumətinə qoşuluram”, – Vladanka Andreyeva yazıb.
Today is the 33rd anniversary of #20yanvar1990 tragic events in #Baku. I join the people & the Government of #Azerbaijan ?? in commemoration of lives lost in the struggle for independence.
Allah rəhmət eləsin!
#BlackJanuary pic.twitter.com/ihkM7mEFID— Vladanka Andreeva (@Vladanka_A) January 20, 2023