Baku TV-nin əməkdaşı 20 Yanvar faciəsinin şahidləri olan tibb işçiləri ilə həmsöhbət olub.
Həkimlərin sözlərinə görə, onlar yaralılara şam işığında yardım etmək məcburiyyətində qalıblar. Çünki xəstəxanaların da elektrik enerjisi ilə təchizatı kəsilmişdi.
Yusif Musayev isə həmkarının şəhid olmasından bəhs edib:
“Həmkarımız yaralıya kömək etmək istəyəndə qolundan yaralanaraq şəhid olmuşdu. Bu o demək idi ki, qadağan olunmuş güllədən istifadə olunmuşdu. Güllə qol nahiyəsindən döş boşluğuna girəndən sonra bütün orqanlarını dağıtmışdı. Qoldan dəyən güllə ilə heç kim ölməzdi”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: