“Şagirdlərdən soruşanda ki, hansı məktəbdə oxuyursan, Əlimərdan Hüseynov adına orta məktəbdə deyə fəxrlə cavab verirlər”.
Söhbət Qanlı Yanvar gecəsində şəhid olan Əlimərdan Hüseynovdan gedir. Oxuduğu və həyatının ən gözəl çağlarını keçirdiyi orta məktəb indi onun adını daşıyır.
Ə.Hüseynovun bacısı Nigar Hüseynovanın sözlərinə görə, valideynləri qardaşının şəhid olmasına dözə bilməyiblər:
“Qardaşımdan sonra atam 2 il yaşadı. 1998-ci ildə anam da onun dərdindən rəhmətə getdi. Özü də iki ay idi, nişanlanmışdı, şəhid oldu”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: