Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ilkin nizamnamə fondunun məbləği artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Sənədə əsasən, Agentliyin ilkin nizamnamə fondu 2 209 512,9 manat müəyyənləşib.
Qeyd edək ki, daha əvvəl bu məbləğ 100 000 manat olub.