“Azərsu”ya üç ay qabaq məktub yazmışam ki, fiziki şəxs öz vəsaiti hesabına su xətti çəkmək istəyir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Rüfət Quliyev deyib.
“Millət vəkilinin üç ay bundan öncə yazılan məktubuna hələ də cavab verilmir. Bu necə ola bilər? İndi də köməkçimə deyiblər ki, məktubu itirmişik”, – deyə deputat qeyd edib.