“1000-dən artıq avtomobilin Azərbaycanın Qarabağ bölgəsinə təchizat aparması üçün Laçın yolundan keçidi Dövlət Departamentinin dediklərinin əksini sübut edir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.
“Yaxşı olardı ki, Ermənistana öhdəlikləri yerinə yetirmək və qanunsuz fəaliyyətə son qoymaq üçün çağırış edilsin”, – deyə Ayxan Hacızadə əlavə edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Azərbaycanı Laçın yolundakı “blokada”nı açmağa çağırmışdı.
Dear @StateDeptSpox, more than 1000 of vehicles bringing supply into the Karabakh region of Azerbaijan proves the opposite what you said on January 24 (https://t.co/lSbgtfigC2). It would be appropriate to call on the Armenian side to fulfill obligations & stop illegal activities!
— Aykhan Hajizada (@Aykhanh) January 25, 2023