“Tanzaniyanın hansısa qəbiləsi desə ki, Azərbaycanı sevmirəm, İran onunla qardaş olmağa hazırdır”.
Bu sözləri Baku TV-nin “Baku Analitik” verilişində İran-Ermənistan münasibətlərindən danışan millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, İran Azərbaycanı sevməyən hər kəslə dostdur.
“İrəvanla Tehranın qardaşlaşması islam aləmi üçün ləkədir”, – deyə o vurğulayıb.