• C. Noy 1st, 2024

Fuad Hüseynəliyev: “Mirzoyanın son bəyanatları qonşularımızın sülhə hazır olmadığını göstərir” – VİDEO

ByYenigun.news

Yan 26, 2023

“Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın son bəyanatı qonşularımızın Azərbaycanla sülh sazişinə və vəziyyətin dinc yolla həllinə hazır olmadığını göstərir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Mirzoyanın Avropa Parlamentindəki çıxışını şərh edərkən bildirib.

“İlk öncə onu qeyd edim ki, bu bəyanatlar Avropa Parlamentində səsləndirilib. Bu isə belə deməyə əsas verir ki, Ermənistan hələ də bilavasitə sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələr və fərqli vasitəçilik formatları axtarır. Belə görünür ki, bizim qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat Ermənistanı qane etmir”, – deyə F. Hüseynəliyev qeyd edib.

O, vurğulayıb ki, Avropa İttifaqının Ermənistana yeni, daha geniştərkibli missiya göndərməsi faktına da məhz bu baxımdan yanaşmaq olar.

Agentlik rəhbərinin sözlərinə görə, Ermənistanda iki güc mərkəzi arasında vurnuxmanın yekunda milli dövlətçiliyin itirilməsilə nəticələnə biləcəyini anlamırlar.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir