• C. Noy 1st, 2024

Qarabağdakı rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edildilər

ByYenigun.news

Yan 26, 2023

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, aşağıdakı məzmunda qanuna 20.0.22-ci maddə əlavə edilib:

“müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə”.

Bundan başqa, dövlət başçısı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar fərman imzalayıb. 

Müəyyən edilir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.22-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 20.0.22-ci maddəsində “orqan (qurum)” dedikdə birinci halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ikinci halda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir