“Silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə iki azyaşlı uşağı ilə daxil olub. Cinayətkar dindirilmə zamanı ilkin ifadəsində bildirib ki, hadisəni törətməsinə səbəb şəxsi münasibətlər və ailə problemləri olub”.
Bu barədə Tehran polisinin rəisi briqada generalı Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında bəyan edib.
“Polisin çevik tədbirləri sayəsində basqın edən şəxs dərhal tutulub və barəsində cinayət işi başlanıb”, – deyə o əlavə edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.
Mənbə: Mehr News