“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko bildirib.
O, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa dilədiklərini bəyan edib.