• Ca. Okt 31st, 2024

İlham Əliyev İrandakı səfirliyimizə edilən terror aktını qınadı – FOTO

ByYenigun.news

Yan 27, 2023

Prezident İlham Əliyev bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı paylaşım edib. 

Dövlət başçısının “Twitter” hesabındakı paylaşımında deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. 

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir