• Ca. Okt 31st, 2024

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşları məruz qaldıqları terror aktı barədə danışdılar – VİDEO

ByYenigun.news

Yan 27, 2023

Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyə edilən terror hücumu barədə danışıblar. 

Oxu.Az xəbər verir ki, səfirlik əməkdaşlarının ilkin ifadələrini hadisə yerində Tehran polisinin rəisi Hüseyn Rəhimi dinləyib. 

Cinayətkarı zərərsizləşdirən səfirlik əməkdaşı bildirib ki, terrorçu hadisə yerinə avtomobillə gəlib:

“O, öz maşını ilə səfirliyin avtomobilini vurub. Yanında xanım vardı. Əlində avtomat tutmuşdu. Orxan içəri girdikdən sonra silahlı şəxs də arxasınca gəldi və atəş açmağa başladı”.

Səfirliyin nümayəndəsi deyib ki, cinayətkarı zərərsizləşdirmək üçün arxadan ona yaxınlaşıb:

“Onu tutdum və avtomatdan açılan atəşin mənə dəyməməsinə çalışdım. Dayanmadan avtomatdan atəş açırdı. Məni vurmaq istəyirdi”.

Səfirliyin digər əməkdaşı qeyd edib ki, diplomatik nümayəndəliyin qarşısındakı avtomobillərinin vurulduğunu eşitdikdən sonra Orxan Əsgərov geri qayıdıb və bu zaman cinayətkar onu avtomatla vurub:

“Sonra mən yaralanan Orxanın ürəyini masaj etməyə başladım”.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir