“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan ölümü və xəsarətlərlə bağlı xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko özünün “Twitter” hesabından bəyan edib.
O, həlak olan şəxsin ailəsinə başsağlığı verib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.