“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı “Twitter” hesabındakı paylaşımında bildirib.
O, şəhid olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyib, yaxınlarına dərin hüznlə başsağlığı verib.
“Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik!” – deyə Sahibə Qafarova qeyd edib.