• Ca. Okt 31st, 2024

Türkiyəli ekspert hücum görüntülərini şərh edib

ByYenigun.news

Yan 27, 2023

Azərbaycanın İrandakı səfirliyinə bu səhər hücum edilib. Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov öldürülüb, digər iki nəfər isə yaralanıb.

Terror və təhlükəsizlik mütəxəssisi Abdulla Ağar “CNN Türk”ün canlı yayımında hücum görüntülərini dəyərləndirib. 

Ağar açıqlamasında deyib:

“Orada böyük qəhrəmanlıq var. Əvvəlcə onu deyim ki, asayiş keşikçiləri şok içindədirlər. Lakin onlar uzunlüləli, sürətli atıcı silaha qarşı həyatlarını təhlükəyə atırlar. İlk öncə bu qəhrəmanları alqışlamaq istəyirəm. Bu müdaxilə edilməsəydi, nəticələr daha ağır olacaqdı. Bu, son dərəcə böyük bir məqamdır, xüsusən də ağ köynəkli dostumuzun etdikləri. Bu işdə birbaşa ölüm var”.

Ekspertin sözlərinə görə, üzündən zəhrimar yağan bir insanın hücum etməsi açıq-aydın gücdən xəbər verir:

“Bu silahı əldə etmək və İran Təhlükəsizlik Qüvvələrindən keçib səfirliyin qapısına sızmaq sadə məsələ deyil. Aydındır ki, orada təhlükəsizlik tam təmin olunmayıb. Yəni normal diplomatik nümayəndəliklərin çox ciddi şəkildə qorunduğunu bilirik. Hər yerdə həm fiziki, həm kəşfiyyat, həm də mülki təhlükəsizlik əməkdaşları səfirlik ətrafında görüb-görmədiyimiz saysız-hesabsız ehtiyat tədbirləri görür. Bu zaman içəri sızmış terrorçu, “Kalaşnikov” avtomatlı təcavüzkarla üz-üzəyik.

Təbii ki, ən mühüm hissə vəziyyətin təhlili və işin aydınlaşdırılmasıdır. Çünki böyük risk qarşısındayıq. İranın himayəsində olan diplomatik nümayəndəliyə çox həssas əraziyə hücum olub. Bu hücumun aydınlaşdırılması böyük əhəmiyyət kəsb edir. Çünki İranla Azərbaycan arasında böyük gərginlik yaşanır. Xüsusən də Qarabağ müharibəsi ilə özünü büruzə verən böyük bir gərginlik var. İranın məsələni ən qısa zamanda və ən yaxşı şəkildə işıqlandırması lazımdır”.

“Məsələnin başqa tərəfi də var. Bu hücumçunun kimlə əlaqəsi var? İranla Azərbaycan arasındakı gərginlikdə İran qorxutma refleksini büruzə verdirdi. O, Azərbaycanı, belə deyək, qorxutmağa çalışırdı. Bu hadisə onun bir hissəsi olmamalıdır. Çünki bu, böyük bir etibarsızlıqdır”, – deyə Abdulla Ağar əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir