“Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazırdır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.
“Biz mümkün qədər tez müddətdə bütün istiqamətlər üzrə danışıqları bərpa etməliyik. Moskva artıq Bakı və İrəvanı görüş təşkil etməyə hazır olması barədə məlumatlandırıb”, – deyə Zaxarova əlavə edib.
Mənbə: Sputnik