“Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyir”.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı XİN-dən bəyan edilib.
“Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır”, – deyə bəyanatda vurğulanıb.