“Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının həlak olması ilə bağlı başsağlığı veririk”.
Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin “Twitter” hesabından bildirilib.
Diplomatik qurum həmçinin Azərbaycan XİN və vəfat edən əməkdaşın yaxınlarına başsağlığı verib, səfirliyinin xəsarət almış əməkdaşlarının tezliklə sağalmasını arzulayıb.