Xorvatiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında məlumat verilib.
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – səfirliyin paylaşımında qeyd edilib.