• Ç. Okt 30th, 2024

BƏƏ Azərbaycanın Tehrandakı səfirliyinə hücumu terror aktı kimi qiymətləndirdi – FOTO

ByYenigun.news

Yan 27, 2023

Birləşmiş Ərəb Əmirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BƏƏ XİN-ini bəyanatından aydın olub.

“BƏƏ Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyinə qarşı səfirlik əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir”, – deyə sənəddə bəyan edilib, eyni zamanda diplomatik nümayəndəliklərin mühafizəsi ilə bağlı hökumətin üzərinə düşən öhdəliyi də xatırladılıb.

Bəyanatda BƏƏ-nin belə cinayət əməllərini, təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş, mənəvi və insani dəyərlərə zidd olan hər cür zorakılıq və terrorizmi qətiyyətlə pislədiyi vurğulanıb.

Nazirlik Azərbaycan Respublikası hökumətinə və onun dost xalqına, həmçinin bu ağır cinayətin qurbanının ailəsinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir