Qırğızıstan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib.
Bununla bağlı nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.
“Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumu pisləyir, səfirliyin təhlükəsizlik xidməti rəisinin vəfatı ilə əlaqədar Azərbaycan tərəfinə dəstəyimizi və başsağlığımızı bildiririk.
Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırırıq”, – deyə paylaşımda qeyd edilib.
— MFA Kyrgyzstan ?? (@MFA_Kyrgyzstan) January 27, 2023