• Ç. Okt 30th, 2024

BMT Baş Assambleyasının Prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını pisləyib

ByYenigun.news

Yan 27, 2023

BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyib.

Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak “Report”un yerli bürosuna açıqlamasında deyib.

“BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi bu hücumu qətiyyətlə pisləyir. O, həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verir və yaralanan iki nəfərə tezliklə şəfa diləyir. Hazırda istintaqın davam etməsindən şadıq”.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir