“Diplomatik missiyaya qarşı zorakılığın hər hansı təzahürü qətiyyən yolverilməzdir”.
Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu “Twitter” hesabında paylaşım edib.
“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm. Öldürülən əməkdaşın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmalarını diləyirəm”, – deyə o paylaşımda qeyd edib.
I resolutely condemn today’s attack on the Embassy of #Azerbaijan in #Tehran #Iran. Any act of violence against any diplomatic mission is completely unacceptable. I extend my deepest condolences to the family of the victim & wish a speedy recovery to those who were wounded.
— Urmas Reinsalu (@UrmasReinsalu) January 27, 2023