Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycanın Tehrandaki səfirliyinə qarsi törədilmis xain hücumu şiddətlə qınayıb, Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə Səlcuq Bayraktar “Twitter”də paylaşım edib.
“Şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Xalqımıza başsağlığı verirəm”, – paylaşımda deyilir.
Kardeş ülke #Azerbaycan’ın Tahran Büyükelçiliğine yapılan hain saldırıyı şiddetle kınıyor, şehit olan kardeşimize Allah’tan rahmet, yaralılara acil şifalar diliyorum.
Başımız sağ olsun… ????
— Selçuk Bayraktar (@Selcuk) January 27, 2023