“TANAP-ın Cənub Qaz Dəhlizinin əsas sütunu kimi birgə əməkdaşlığımızın konkret nümunəsi olduğunu deməyə ehtiyac belə yoxdur. Bu dəhliz ortaq hədəfin ölkələri birləşdirə biləcəyini göstərir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz çıxışında qeyd edib.
O bildirib ki, bütün bu nəhəng layihələr sıx əməkdaşlıq sayəsində səmərəli şəkildə həyata keçirilməkdədir:
“Bu dəhlizin tətbiqi və Avropaya ticari qaz axınının təmin edilməsi xüsusilə bu hədəfə çatmaq üçün önəmli addımdır. Qaz həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyacımız vardır. Bu kontekstdə biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.
Könül Cəfərli