“İran diplomatik missiyaların təhlükəsizliyini təmin etmək üçün səy göstərmir. Əksinə, hücumun təşkilinə imkan yaradır. Cinayətkarları isə gizlətməklə törədilən terror hadisəsinin üstünü ört-basdır edir”.
Bunu Baku TV-nin “Baku İnfo” verilişində siyasi şərhçi Sədrəddin Soltan deyib.
O əlavə edib ki, İran beynəlxalq hüququ pozur və diplomatik missiyaların fəaliyyət göstərməsi üçün təhlükəli ölkədir.