“Səfirliyimizə hücum bir nəfərin işi deyil”.
Bunu Baku TV-nin “Baku İnfo” verilişində azərbaycanlı siyasi mühacir Əhməd Obalı deyib.
O qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı mətbuata sızmayan məlumatlar var.
“Bəlli olur ki, həmin adam ikinci dəfə qapı bağlanandan sonra səfirliyə girib. Haradan, necə girib? 4-cü mərtəbəyə qədər qalxıb. 3-cü mərtəbənin qapısına güllələr dəyib”, – deyə Ə.Obalı əlavə edib.