• Ç. Noy 27th, 2024

Hulusi Akar: “Ermənistan ona uzanan sülh əlini tutmalıdır”

ByYenigun.news

Fev 5, 2023

“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan – Red.) çəkdiyi çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi və ondan keçəcək dəmir və avtomobil yolları region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox dəyərlidir:

“Ermənistan tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdığı sülh əlini tutmaq vacibdir. Başqalarından təsirlənərək xəyal qurmağın mənası yoxdur. Gəlin, faktlara baxaq. Ağılabatan şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistanın bu fürsətdən istifadə etməsini istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir