“Mən Böyük Britaniyadanam. Həqiqətən Azərbaycanı sevirəm və ikinci dəfədir ki, Azərbaycana səfər etmişəm”.
APA-nın xəbərinə görə, bunu Kəlbəcərə səfər edən və İstisuda olan səyyah Kler Fransisk bildirib.
Kler Fransisk Qarabağda və Şərqi Zəngəzurda isə ilk dəfə olduğunu və gözəlliklərinə valeh qaldığını söyləyib:
“İstisunu gördüm, çox gözəl mənzərədir. Çox maraqlıdır, burda vanna qəbul etmək istərdim”.