• Ç. Noy 27th, 2024

Ərdoğan: “İstanbuldakı konsulluqlarını bağlayan ölkələrlə bağlı lazımi qərarlar verəcəyik”

ByYenigun.news

Fev 6, 2023

“Türkiyə hökuməti fevralın 6-da bir sıra Qərb ölkələrinin İstanbuldakı konsulluqlarının bağlanmasına cavab tədbirləri ilə bağlı qərar verəcək”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində gənclərlə görüşdə bildirib.

“Xarici işlər nazirimiz bundan əvvəl bu ölkələrin bütün səfirlərini çağırmışdı. Onlara ultimatum verildi ki, ya bu cür hərəkətlərini dayandıracaqlar, ya da bu baha başa gələcək. Bazar ertəsi Nazirlər Kabinetinin iclası olacaq. Biz orada lazımi qərarları verəcəyik”, – deyə Prezident qeyd edib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu argentinalı həmkarı Santiaqo Kafiero ilə İstanbulda keçirdiyi birgə mətbuat konfransında İstanbuldakı konsulluqlarını bağlayan Qərb ölkələrini “müttəfiq və dost adlandırmaq çətindir” demişdi.

Türkiyəli diplomat bildirib ki, qərbli tərəfdaşların davranışı müttəfiq kimi görünmür, çünki bu, ölkədə seçkilər ərəfəsində gərginliyi artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir