• Ca. Noy 28th, 2024

Azərbaycanın Buxarestlə yaşıl enerji birgə tədbiri

ByVuqar Ferzeliyev

Fev 6, 2023

       Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.

       Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Preziden İlham Əliyev Buxarestə səfər etdi. Həmin səfər zamanı, yəni  dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandı.

      Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Göstərilmişdir ki, Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Xüsusən yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.

        Həmçinin görüşün diqqətçəkən məqamlarından daha biri hal-hazırda xüsusən Qarabağın yenidən qurulması məsələsində də aktuallıq kəsb edən yaşıl enerji layihələrinin iki ölkə arasındakı əlaqələrdə də özünü göstərməsi idi. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşıl enerji  siyasəti Azərbaycan-Rumıniya əməkdaşlığının dövrün tələblərinə uyğun müasir reallıqları əks etdirən səmərəli nəticələr verəcəyinə əminlik yaradır.

Sənubər Manafova,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir