• Ca. Noy 28th, 2024

Terrorçunun Fransadan Ermənistana uzanan yolu: Muzdlulardan istifadə İFŞA OLUNDU – VİDEO

ByYenigun.news

Fev 6, 2023

Ermənistanın müharibə zamanı muzdlu terrorçulardan istifadə etməsini təsdiqləyən faktlar ifşa olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, ermənilərin muzdlulardan istifadəsini mərkəzi ofisi Strasburqda yerləşən Avropa Televiziya Assosiasiyası – ARTE televiziya kanalı terroru və terrorçunu təşviq edən reportajı ilə təsdiqləyib.

Fransa və Almaniyanın ARTE ortaq televiziya kanalı Parisin beynəlxalq hüquq normalarını kobud şəkildə  pozaraq terroru, münaqişəni, işğalı dəstəklədiyini təsdiqləyən reportaj yayıb. 1992-ci ildən fəaliyyət göstərən ARTE terrorçunu  təşviq  edən “Ermənistan: polkovnikin 4 müharibəsi” reportajının dırnaqarası qəhrəmanı Jilbert Minasyandır. Özünü 100 faiz fransız, erməni və marselli hesab etdyini deyən Jilbert ötən əsrin 80-ci illərinin sonunda guya əcdadlarının məzarlarını tapmaq üçün Fransaya qaçıb. Reportajda inkar etsə də, Marselə gəldikdən sonra oğurluq əməlinə görə ittiham olunub.

Bundan sonra Minasyan Azərbaycana qarşı döyüşmək üçün Fransadan Ermənistana gedib. O, reportajda etiraf edir ki, 30 ildən çox müddətdə dostu Hovses Hovsepyanla birgə Ermənistanın apardığı müharibənin iştirakçısı olub. O, burada universitet müəllimi və döyüşçü Leopnis Azqalyanla tanış olub və onlar birlikdə “Azadlıq ordusu” yaradıblar.

Minasyan dostu Azqalyanın ölümündən sonra dəstəyə rəhbərlik edib. Uzun illərdən sonra isə yenidən Marselə qayıdıb. Reportajda bildirir ki, Ermənistan ordusunun ehtiyatda olan polkovnikidir. Guya müharibənin əleyhinə olsa da, özünü və xalqını dırnaqarası qorumağa məcburdur.

Daha ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir