Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan itkisi ilə bağlı başsağlığına görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, Əminə Ərdoğan bu barədə “Twitter” hesabında yazıb.
“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, – deyə Türkiyənin birinci xanımı sosial şəbəkə hesabında yazıb.
Sevgili Mehriban, taziye mesajınız ve acımızı paylaştığınız için yürekten teşekkür ederim. Can Azerbaycan, zor günümüzde yardımımıza ilk koşanlardan oldu. Destekleriniz için müteşekkiriz. Dostlarımızın yanımızda olduğunu bilmek güzel. @1VicePresident
— Emine Erdoğan (@EmineErdogan) February 6, 2023