“Türkiyədə zəlzələ baş verən ərazidəki azərbaycanlı tələbələr ölkəmizə yola salınacaqlar”.
Bununla bağlı Oxu.Az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Qeyd edilib ki, tələbələrə kömək edilməsi, mümkün olduqda isə Azərbaycana göndərilməsi nəzərdə tutulur:
“İndi daha çox zəlzələdən əziyyət çəkən azərbaycanlıları müəyyənləşdirmək və kömək etmək üçün çalışırıq. Hava şəraiti əlverişli deyil. Qar və çovğun var. Mümkün olduqda, tələbələrin Azərbaycana göndərilməsini həyata keçirəcəyik. Bu istiqamətdə iş aparılır. Məlumat veriləcək”.
Qeyd edək ki, Türkiyənin zəlzələ baş verən şəhərlərində yaşayan azərbaycanlı tələbələr sosial şəbəkələrdə paylaşım edərək, Azərbaycana göndəriləcəklərini, bir yerə toplaşmaq üçün tapşırıq verildiyini bildiriblər.