• C. Okt 25th, 2024

Azərbaycanın Xilasetmə Xidmətinin rəisi Kahramanmaraşdadır

ByYenigun.news

Fev 7, 2023

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Kahramanmaraş şəhərindədir.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, axtarış-xilasetmə əməliyyatlarında şəxsən iştirak edir.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir