• C. Noy 29th, 2024

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır

ByVuqar Ferzeliyev

Fev 13, 2023

      Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

        Baş vermiş faciəli hadisə – dəhşətli zəlzələ xalqlarımızın yenə də bir-birinin yanında olduğuna əyani sübutdur və bunu bütün dünya gördü. Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

          Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir daha telefon zəngi etmişdir:“Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib.

       Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva baş vermiş zəlzələ ilə əlaqədar bildirdi ki, “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”. İstər siyasətdə və diplomatiyada, istərsə də gündəlik münasibətlətdə bunlardan gözəl sözlərə rast gəlməmişəm.

       Bu dəhşətli zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. İlk gündən rayonumuzda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar, özəl şirkətlər könüllü yardım kampaniyasında iştirak edərək qardaşlıq, insanlıq borclarını yerinə yetirirlər.

         Biz hər zaman Türkiyəli qardaşlarımızın yanındayıq.

Fuad Aslanov,

Cəlilabad şəhər 1 saylı tam orta

məktəbində müəllim YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir