• Ca. Okt 24th, 2024

Xankəndi-Laçın yolundan 585 erməni əsilli şəxsin humanitar məqsədlə istifadəsinə şərait yaradılıb

ByYenigun.news

Fev 24, 2023

Bugünədək 585 erməni əsilli şəxsin Xankəndi-Laçın yolunda aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb.

“Report”un aksiya yerinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) aid avtomobillərdən yararlanıblar.

Hazırkı vaxtadək ərazidən ümumi olaraq 3 000-dək avtomobilin keçidi təmin olunub.

Bu bir daha onu sübut edir ki, aksiyanın başladığı ilk gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır, sərbəst hərəkətə heç bir maneə yoxdur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir