Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər olmalıdır”.
On the 31st Anniversary of #KhojalyGenocide, one of the gravest crimes committed against 🇦🇿i civilians during 🇦🇲n aggression, we honor memory of victims w/deep sorrow. Justice must be served to end impunity of responsible ones & establish long-lasting peace in region#NeverAgain pic.twitter.com/OSzz8T2AD2
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 25, 2023