• C. Okt 25th, 2024

Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

ByYenigun.news

Fev 26, 2023

“Yaxın vaxtlarda Şuşada “ASAN xidmət”in açılması planlaşdırılır”.

Bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda Şuşada inşa edilən “ASAN xidmət” mərkəzində işlər tamamlanmaq üzrədir:

“Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndlərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada “ASAN xidmət” mərkəzi açılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir